Kipr miqrant böhranının həllində Aİ-yə ümid bəsləyir
Bakı, 4 aprel, AZƏRTAC
Kipr Aralıq dənizinin şərqinin miqrant axını ilə üzləşdiyi üçün Avropa İttifaqını yardım göstərməyə çağırıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, daxili işlər naziri Konstantinos İoannunun açıqlamasına görə, son üç gün ərzində Kiprin cənub-şərq sahillərində ümumilikdə 739 miqrantın olduğu 13 qayığın qarşısı alınıb. O, bütün qayıqların Livan sahillərindən, Kiprdən 200 kilometr cənub-şərqə yola çıxdığını və sərnişinlərin demək olar ki, hamısının Suriya vətəndaşları olduğunu qeyd edib. Rəsmi məlumatlara görə, ilin əvvəlindən qayıqla Kiprə ümumilikdə 2,5 min suriyalı qaçqın gəlib.
Nazir, həmçinin Aİ-nin Livana ayırdığı vəsaitlərin yerli hakimiyyət orqanları tərəfindən ölkə sahilləri və sularının daha yaxşı monitorinqinə sərf olunmasının vacibliyini vurğulayıb.
Kipr Avropa İttifaqına üzv digər dövlətlərlə birlikdə Suriyanın iki bölgəsinin təhlükəsiz zona elan olunmasını tələb edir ki, bu da suriyalı miqrantların geri qayıtmasına imkan verəcək. Bununla belə, Avropa İttifaqının mövcud qaydalarına əsasən, Suriyadan gələn miqrantların qaçqın müdafiəsi hüququ var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]