Kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib
Bakı, 27 mart, AZƏRTAC
Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunları baş tutub.
Günün ilk qarşılaşmasında “Bakı” komandası U-16 komandası üzərində çətinlik çəkmədən qələbə qazanıb - 38:24.
Digər oyunda U-18 İdman Akademiyası ilə qarşılaşan “Məhsul” həndbolçuları meydanı 30:15 hesablı məğlubiyyətlə tərk ediblər.
Turun son qarşılaşmasında “Təhsil” klubu “Gənclər Birliyi” kollektivinə böyük hesabla qalib gəlib - 42:19.
Qeyd edək ki, ölkə çempionatının 4-cü turunun bütün görüşlərinin aprelin 2-də keçirilməsi nəzərdə tutulub. Tura U-18 İdman Akademiyası - “Bakı”, “Azərsu”-“Qarabağ”, “Gənclər Birliyi”- “Məhsul”, “İdman Akademiyası” - “Azəryol”, U-16 - “Təhsil” matçları ilə yekun vurulacaq.