Kişi həndbolçuların ölkə çempionatında üçüncü dövrəyə start verilib
Bakı, 28 yanvar, AZƏRTAC
Kişi həndbolçuların ölkə çempionatında üçüncü dövrəyə start verilib.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, yeddinci turun “Təhsil”-“Məhsul” matçı daha böyük maraqla gözlənilirdi. Gərgin idman mübarizəsi vəd edən oyunda “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq, hücumları daha dəqiq tamamlayan “Məhsul” 36:25 hesabı ilə qələbə qazanıb.
Günün digər matçında “Bakı” komandası U-16-nı sınağa çəkib. Keçirdiyi bütün oyunlarda uduzan yeniyetmə həndbolçular, çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər - 15:40.
Növbəti qələbələrini qazanan “Məhsul” və “Bakı” komandaları, hərəyə 12 xalla çempionatın şərikli liderləridir. “Təhsil” 4 xalla 3-cü pillədə qərarlaşıb. U-16 komandası hələ ki, xal qazana bilməyib
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]