Kişi sablyaçılarımız III Avropa Oyunlarında şəxsi yarışları medalsız başa vurublar
Krakov, 25 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarında kişilər arasında qılıncoynatmanın sablya növü üzrə şəxsi kateqoriyada qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, sablyaçılarımızdan Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəliblər. Maqsud Hüseynli və Ayxan Xasıyev isə mübarizəni qrup mərhələsində dayandırıblar.
Murad Əkbərov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniya təmsilçisi İnaki Bravoya 9:15 hesabı ilə uduzub. Saleh Məmmədov isə pley-offda polşalı Piotr Szczepanikə 5:15 hesabı ilə məğlub olub.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]