Kişineuda ümummilli lider Heydər Əliyevin yeni büstü qoyulacaq
Kişineu, 16 aprel, AZƏRTAC
Moldovanın paytaxtı Kişineu şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin yeni büstü qoyulacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.
Məlumata görə, büstün müəllifi tanınmış Azərbaycan heykəltəraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.
Ulu Öndərin Bakıda hazırlanmış büstü artıq Moldovaya gətirilərək səfirliyə təhvil verilib.
Ümummilli Liderin büstü ölkəmizin Kişineudakı diplomatik nümayəndəliyinin yeni kompleksinin açılışı zamanı səfirliyin binasının qarşısındakı parkda qoyulacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu