Kitabxanalar virtual rejimdə işini davam etdirir
Bakı, 11 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemləri (MKS) onlayn müzakirə keçiriblər.
AZƏRTAC xəbər verir ki, müzakirədə Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova və Xəzər rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova yeni layihələr, bədii ədəbiyyat və mütaliə problemləri kimi mövzuları müzakirə ediblər, izləyicilərin sualları cavablandırılıb. Layihə virtual oxucular, izləyicilər tərəfindən maraqla qarşılanıb.
Bundan əlavə, kitabxanalar sosial şəbəkələrdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #mənoxudumsəndəoxu, #şeirdepozitivol, #sənətinlədəstəklə kimi çağırışlarına qoşularaq həyata keçirdikləri tədbirlərdən bəhs ediblər. Kitabxanalar bütün oxuculara və iştirakçılara: “Gəlin karantin müddətində öz mədəniyyətimizi, ədəbiyyatımızı bir daha təbliğ edək və bütün sınaqlardan təbəssümlə keçək! Pozitiv olun və bütün qaydalara riayət edin!, - deyə səsləniblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]
Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur
- 13.10.2026 [11:12]