“Kiyev” hava limanı bütün beynəlxalq reysləri ləğv edib
Kiyev, 16 iyun, AZƏRTAC
Ukrayna paytaxtında COVID-19 ilə bağlı karantin rejimi davam edir. Bununla əlaqədar, “Kiyev” beynəlxalq hava limanı iyunun 17-də yerli vaxtla saat 03.00-dək bütün müntəzəm beynəlxalq sərnişin reyslərini ləğv edib.
AZƏRTAC “Kiyev” aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, bu hava limanına gəlməsi nəzərdə tutulan sərnişinlərdən reyslərin cədvəlini diqqətlə izləmək və aviaşirkət nümayəndələrindən məlumatı dəqiqləşdirmək tələb olunur.
Qeyd edək ki, daha əvvəl “Kiyev” aeroportunda aviareyslərin iyunun 16-dan bərpa olunması barədə bəyan edilmişdi.
Ukrayna Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə 32476 yoluxma halı qeydə alınıb. Son sutka ərzində 666 nəfərdə yoluxma halı müşahidə edilib ki, bu da xəstələrin sayının gündəlik artımında ölkə üçün mənfi göstəricidir.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]