Kiyev vilayətində dron hücumları nəticəsində “Ukrinform” agentliyinin jurnalisti həlak olub
Kiyev, 26 fevral, AZƏRTAC
Rusiyanın Kiyev vilayətinə gecə saatlarında etdiyi dron hücumları nəticəsində “Ukrinform” agentliyinin jurnalisti Tatyana Kulik həlak olub. O, “Yenilməz xalq” layihəsinin müəllifi və aparıcısı olub, Baş multimedia redaksiyasında baş redaktor vəzifəsini icra edib.
Bu barədə AZƏRTAC “Ukrinform” agebtliyinə istinadla xəbər verib.
Tatyana Kulik Ukrayna Milli Jurnalistlər İttifaqının üzvü olub. Əvvəllər İctimai-publisist redaksiyanın baş redaktoru, “Mərkəzi kanal”ın, Ukraynanın Ümumdünya Radioyayım xidmətinin aparıcısı, İctimai yayım teleaparıcısı kimi fəaliyyət göstərib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]