KİYEVDƏ Aİ ÜZVÜ OLAN DÖVLƏTLƏRİN VƏ QİƏT ÖLKƏLƏRİNİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ AÇILMIŞDIR
Forumda ölkəmizi Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.
Görüşün əsas məqsədi Avropa komissiyasının “Qara dəniz qarşılıqlı əlaqələri - yeni regional təşəbbüs” adlı bəyanatı nəzərə alınmaqla Avropa İttifaqı ilə Qara dəniz regionu dövlətləri arasında əməkdaşlığın gələcək inkişafı məsələlərini müzakirə etməkdir.
Tədbirin təşkilatçıları qismində Ukrayna (qəbul edən tərəf kimi), Avropa komissiyası və Sloveniya (nazirlər səviyyəsində görüşün keçirildiyi dövrdə Aİ-də sədrlik edən ölkə kimi) çıxış edirlər.
Forum çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) xarici işlər nazirləri şurasının, eləcə də Avropa İttifaqının və Qara dəniz regionu ölkələrinin xarici siyasət idarələri başçılarının görüşü olacaqdır.
QİƏT-ə Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rusiya, Albaniya, Rumıniya, Yunanıstan, Bolqarıstan, Serbiya və Ermənistan daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [14:15]
Azərbaycanın Müstəqillik Günü Cenevrədə qeyd olunub
- 01.06.2026 [11:06]
Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
- 01.06.2026 [10:31]