Kiyevdə yaşayış binasına raket qalıqlarının düşməsi nəticəsində beş nəfər həlak olub
Kiyev, 25 iyun, AZƏRTAC
Ukrayna paytaxtı Kiyevin Solomensk rayonunda şənbə günü düşmən raketinin qalıqları düşmüş çoxmərtəbəli yaşayış binasının dağıntılarının təmizlənməsi işləri davam edir.
AZƏRTAC xəbər verir ki, artıq dağıntılar altından beş nəfərin cəsədi çıxarılıb.
“Düşmən hücumunun nəticələrinin aradan qaldırılması üzrə əməliyyat davam edir. Rusiya raketinin qalıqlarının düşdüyü binada azı beş nəfər həlak olub”, - deyə şəhər meri Vitali Kliçko teleqram kanalında bildirib.
Qeyd edək ki, iyunun 24-də Rusiyanın gecə hücumları zamanı düşmən raketinin qalıqları Solomensk rayonundakı yaşayış binasına düşüb. Nəticədə binanın 16, 17, 18 və 19-cu mərtəbələrində mənzillərə ziyan dəyib. Bundan başqa, dayanacaqda park edilmiş təxminən 40 avtomobil də ciddi zədələnib.
Kiyev şəhər hərbi administrasiyasından verilən məlumata görə, həmin gün Kiyevin hava məkanında 20 düşmən raketi vurulub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]