Kiyevə "Kalibr" və "Kinjal" raketləri ilə hücum edilib
Kiyev, 16 iyun, AZƏRTAC
Rusiya ordusunun Kiyevə güclü hücumu zamanı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri 12 raketi - 6 "Kalibr" və 6 "Kinjal" raketlərini vurub. Bundan əlavə, Rusiyaya məxsus iki PUA "endirilib".
Bu barədə AZƏRTAC Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri, polkovnik Yuri İqnatın telemarafon zamanı səsləndirdiyi bəyanata istinadla xəbər verir.
"Təxminən 10 saat ərzində müxtəlif növ raketlərlə hücum olunub. İlkin məlumatlara görə, Qara dənizdəki gəmilərdən atılan 6 "Kalibr" raketi, həmçinin 6 "Kinjal" raketi uğurla vurulub. Yenidən aeroballistik raketlər ilk növbədə paytaxta hücum edib", - deyə o bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]