Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilib
Kiyev, 29 may, AZƏRTAC
Kiyev mayın 29-na keçən gecə İran kamikadze dronlarının və qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun verdiyi məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 15-ci hava hücumudur. Mayın 29-na keçən gecə Rusiya aviasiyasının hücumu zamanı Kiyev səmasında 40-dan çox pilotsuz təyyarə və raket vurulub.
Məlumata görə, hava hücumu nəticəsində zərərsizləşdirilən raketin qalığının düşməsi paytaxtın Podol rayonunda bir yaşayış binasında dağıntıya səbəb olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı teleqram səhifəsində yaydığı məlumatda bildirib ki, mayın 29-na keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 40-a qədər qanadlı raket və 35-ə yaxın pilotsuz uçuş aparatı atıb. Eyni zamanda, Ukrayna hava hücumundan müdafiə qüvvələri 37 raket, 29 hücum təyyarəsi və bir kəşfiyyat aparatını məhv edib.
“Bu gecə rus işğalçıları qanadlı raketlər və pilotsuz hücum təyyarələri ilə Ukraynanın hərbi obyektlərinə və mühüm infrastrukturuna hücum ediblər”, - V.Zalujnı teleqram səhifəsində bildirib. Həmçinin qeyd olunub ki, Rusiya ordusu Xəzər dənizi regionundan havadan buraxılan 40-a qədər “X-101/X-555” qanadlı raketi atıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]