Kiyevə raket hücumu olub, dağıntılar var
Kiyev, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-ü səhər saatlarından başlayaraq paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bəzi bölgələrində hava həyəcanı siqnalı çalınıb.
AZƏRTAC-ın Kiyevdə olan xüsusi müxbirinin məlumatına görə, paytaxtda partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemi işə düşüb. Şəhərin bəzi yerlərində dağıntılar baş verib.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiya paytaxta kombinasiyalı hava hücumu edib. Əvvəlcə qanadlı raketlər, sonra isə ballistik raketlər buraxılıb.
Ölənlər və xəsarət alanlar haqqında hələlik məlumat verilmir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev