KİYEVİN MƏRKƏZİNDƏ BAŞ VERMİŞ NƏQLİYYAT HADİSƏSİNƏ SİYASİ DON GEYİNDİRMƏK OLMAZ
“Batkivşina” hərəkatı məhkəmə araşdırmalarının nəticələrini gözləmədən, yanvarın 20-də Kiyevin mərkəzində baş vermiş nəqliyyat hadisəsi zamanı zərər çəkmiş Azərbaycan vətəndaşı Akif Müseyibova vurulmuş maddi və mənəvi zərəri, habelə onun müalicəsi üçün xərcləri ödəyəcəkdir. Həmin gün Ukrayna baş nazirinin keçmiş müavini, “Batkivşina” seçki blokunun lideri Yuliya Timoşenkonun zirehli “Mersedes”i Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21011” avtomaşını ilə toqquşmuşdu. Bunu Ukrayna Ali Radasında “Batkivşina” fraksiyasının lideri, parlament komitəsinin başçısı, xalq deputatı Aleksandr Turçinov Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə özünün xahişi ilə keçirilmiş görüşdə bildirmiş, eyni zamanda istintaqın gedişi barədə məlumat vermişdir.
AZƏRTAC-ın Ukraynadakı ştatdankənar müxbiri Zeynal Ağazadə bildirmişdir ki, parlament seçkiləri ərəfəsində baş vermiş bu hadisədən Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirə biləcək siyasi qalmaqal kimi istifadə edilməsinə yol verməmək məqsədi ilə səfir Tələt Əliyev və zərərçəkən Akif Müseyibov ölkə ictimaiyyətini bu barədə ətraflı məlumatlandırmaq üçün Ukrayna milli televiziyasının birinci kanalına müsahibə vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [21:54]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [18:18]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]