Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib

KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib

Bakı, 1 mart, AZƏRTAC

Martın 1-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci il üzrə fəaliyyətinin yekunlarına dair brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov agentlik tərəfindən keçən il ərzində görülmüş işlər və perspektiv planlar barədə təqdimatla çıxış edib. Bildirilib ki, KOB sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış 2 normativ hüquqi akt təsdiq edilib, müxtəlif istiqamətlər üzrə hazırlanmış 86 normativ sənəd layihəsinə münasibət bildirilib. Sahibkarlıq sahəsində qanunvericilik və tənzimləmə, idxal-ixrac əməliyyatları, dəstək mexanizmlərindən istifadə, COVID-19 pandemiyasının biznesə təsiri və sair istiqamətlər üzrə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 7722 KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib. Ötən il agentliyə 3187 vətəndaş müraciəti daxil olub ki, bu müraciətlərin 890-nı KOB maraqlarının müdafiəsi ilə bağlı olub. Bu müraciətlərin 28 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll olunub, 54 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, 11 faizi isə aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

Məlumat verilib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2019-2020-ci illəri əhatə edən “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” (SME Policy Index 2020) hesabatında Azərbaycanın mövqeyində 12 meyardan 9-u üzrə irəliləyiş əldə olunub. Qeyd edək ki, OECD tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin iştirakı ilə 2012-ci ildən başlayaraq hazırlanan “Kiçik və Orta Sahibkarlıq Siyasəti İndeksi” 12 istiqamət, 33 altistiqamət və təxminən 500 sual əsasında qiymətləndirilir. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması istiqamətində 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində ilk KOB evi fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95 faizi dövlət-biznes (G2B) və 5 faizi biznes-biznes (B2B) xidmətlər olmaqla 20 min 759 xidmət göstərilib. Göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faizdir. Hazırda Xaçmaz KOB evində 9 dövlət qurumu tərəfindən 150-dək G2B, 8 özəl şirkət tərəfindən 100-dək zəruri B2B xidmətlər göstərilir. Yaxın günlərdə Yevlax şəhərində KOB evinin açılması nəzərdə tutulur, Bakı KOB evinin təşkili istiqamətində isə işlər davam etdirilir. Sahibkarların maraqlarının müdafiəsi, maarifləndirilməsi, investisiya təşəbbüslərinin reallaşdırılması üçün onlara yerində dəstək və xidmətlər göstərən “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər 2020-ci ildə də davam etdirilib, 4-ü ötən il olmaqla KOB dostlarının sayı ümumilikdə 25-ə çatdırılıb. 2021-ci ildə də ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.

Vurğulanıb ki, KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, onların məlumatlandırılması məqsədilə 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişafı mərkəzi (KOBİM) fəaliyyətə başlayıb. Ötən il KOBİM-lər tərəfindən 100-ə yaxın təlim keçirilib, 2500 saatadək məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər (təlim və məsləhət xidmətləri, biznes planın hazırlanması, şəbəkələşmə, maliyyə resurslarına çıxış və sair) ödənişsizdir. Ötən il KOBİM-lərin vahid internet səhifəsi - “www.kobim.az” saytı fəaliyyətə başlayıb. KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə həyata keçirilən, KOBİA və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan 2020-ci ildə 29, ümumilikdə isə indiyədək 451 sahibkar və menecer yararlanıb.

Bildirilib ki, agentlik məqsədlərindən irəli gələrək ötən il ölkə regionlarına investisiyaların cəlb olunmasına da dəstək göstərib. Bu istiqamətdə xarici investisiya əsasında Oğuz rayonunun Sincan kəndində tütünçülük müəssisəsinin fəaliyyətinə, Astara şəhərində yeni turizm kompleksinin yaradılmasına, Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çay istehsalına başlanılmasına KOBİA tərəfindən dəstək və xidmətlər göstərilib. 2020-ci ildə də agentlik KOB subyektlərini mövcud maliyyə resursları və onlara çıxışla bağlı məlumatlandırıb, müvafiq təşkilatlarla əlaqələndirib. KOB subyektlərinin maliyyə bazarında mövcud olan maliyyə alətlərinə və mexanizmlərinə çıxışının asanlaşdırılması və koordinasiyası məqsədilə Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə təşkilatlarının iştirakı ilə platforma yaradılıb və bu platforma çərçivəsində mütəmadi olaraq müzakirələr aparılır.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq mikro, kiçik və orta sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu məqsədlə agentlik tərəfindən müsabiqə elan edilib və hazırda müsabiqəyə sənəd qəbulu davam edir. Müsabiqəyə çərçivəsində maliyyələşdiriləcək hər bir layihəyə maksimum 20 min manat vəsait ayrılacaq. 2020-ci ildə pandemiya səbəbindən sərgilərin keçirilməsinə məhdudiyyət qoyulduğundan agentlik yalnız ilin əvvəlində mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnasız olaraq iştirakına dəstək göstərib. Bu sərgilərdə KOB subyektləri məhsul və xidmətlərini tanıdıb, satış imkanlarını genişləndirib, yeni işgüzar əlaqələr qurublar. Rəqabətqabiliyyətli məhsul istehsalının stimullaşdırılması məqsədilə KOB subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırmasının aparılmasına agentlik tərəfindən dəstək göstərilib və bu proses hazırda da davam etdirilir.

Diqqətə çatdırılıb ki, dövlət tərəfindən pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən KOB-lar üçün həyata keçirilən dəstək tədbirlərində KOBİA da yaxından iştirak edib, mümkün alətlər çərçivəsində pandemiyadan zərər çəkmiş KOB-lara dəstək göstərib. 2020 “Könüllülər ili”ndə “KOB könüllüsü” olmuş 7 gənc agentlikdə işlə təmin olunub, KOBİA-nın dəstəyi ilə 13 min tirajla “Könüllünün öz/əl kitabı” nəşr edilib və gənclərə pulsuz paylanılıb. Ümumilikdə indiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb edilib. Sosial sahibkarlığın inkişafı məqsədilə keçən il də KOBİA müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirib. 2020-ci il də daxil olmaqla indiyədək 400-ə yaxın vətəndaş özünüməşğulluq proqramına qoşulmaq üçün agentliyin dəstək və xidmətlərindən faydalanıb. KOBİA-nın dəstəyi ilə 2020-ci ildə “Qobu Park 3” yaşayış kompleksində biznes və sosialyönümlü iki müəssisə fəaliyyətə başlayıb. Eyni zamanda, “Çiçəklənən Abşeron” layihəsində aztəminatlı ailələrin iştirakı təmin olunmaqla, onların əlavə gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək göstərilib.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyadan 13 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik