KOBİA: Sahibkarların COVID-19-un profilaktikasına dair qaydalara əməl etməsi vacibdir
Bakı, 1 iyun, AZƏRTAC
Məlum olduğu kimi, ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla), ictimai iaşə məkanlarının, eləcə də restoran, kafe və çay evlərinin (bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən çox toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla) fəaliyyəti bərpa olunub (müvafiq sahələrdə vaxt məhdudiyyəti tətbiq edilməklə), nəqliyyat vasitələrinin (Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərindən və Abşeron rayonundan digər ərazilərə gediş-gəliş istisna olmaqla) rayonlararası və şəhərlərarası sərbəst hərəkətinə icazə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurum Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın zəruri sosial davranış və sanitar-epidemioloji tələblərinə tam riayət edilməsinin, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmasının, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və sair) təmin olunmasının, müxtəlif sektorlar üzrə koronavirus infeksiyasının profilaktikasına dair təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə tam riayət olunmasının vacibliyini fəaliyyətləri zamanı bir daha sahibkarların diqqətinə çatdırır.
Sahibkarlar COVID-19 infeksiyasının profilaktikasına dair müxtəlif sektorlar üzrə təsdiq edilmiş metodiki göstərişlərlə bu keçidlərdən tanış ola bilərlər:
Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və sair) üzrə - https://koronavirusinfo.az/files/2/3_Qida_Mehsullari.pdf
İctimai iaşə müəssisələri üzrə - https://koronavirusinfo.az/files/2/5_ictimai_iase.pdf
Turizm və otelçilik sektoru üzrə - https://koronavirusinfo.az
İctimai nəqliyyat üzrə - https://koronavirusinfo.az
Müxtəlif ticarət və xidmət sahələri, ofislər üzrə - https://koronavirusinfo.az
Çimərlik və su istirahət mərkəzləri üzrə - https://koronavirusinfo.az