Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.7-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərarlar qəbul edilib.
Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun martın 28-nə təyin edilmiş iclasında baxılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:48]
Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib
- 13.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 13.10.2026 [18:10]
Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib
- 13.10.2026 [18:04]
İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb
- 13.10.2026 [17:23]