KONSTİTUSİYA MƏHKƏMƏSİ PALATASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən vətəndaş Nail Səlim oğlu Hümbətovun şikayətinə baxaraq Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarmışdır.
Şikayətə Konstitusiya Məhkəməsi Plenumunun bu il noyabrın 8-nə təyin olunmuş iclasında mahiyyəti üzrə baxılacaqdır.