Koronavirusa qarşı məhdudiyyətlər Finlandiyada işsizlərin sayını ikiqat artırıb
Stokholm, 29 may, AZƏRTAC
Koronavirus pandemiyası səbəbindən bu ilin aprel ayında Finlandiyada işsizlərin sayı, demək olar, iki dəfə artıb.
AZƏRTAC Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat və Məşğulluq Nazirliyinin press-relizində bildirilir.
Aprel ayının sonuna qədər məşğulluq orqanlarında 433 min 100 işsiz qeydiyyatdan keçib. Bu, daha əvvəlki ayla müqayisədə 124 min, 2019-cu ilin aprel ayı ilə müqayisədə isə 203 min 400 nəfər çoxdur. İllik hesablamada işsizlərin sayının artım tempinin 88 faizdən çox olduğu bildirilir.
İş axtaranlar arasında 25 yaşa qədər olanların sayı 56 min 300 nəfər təşkil edir ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 27 min 800 nəfər çoxdur. Yaşı 50-dən yuxarı işsizlərin sayı isə 141 min 500 nəfərdir. Məlumatda bu rəqəmin ötənilki göstəricidən 53 min 900 nəfər çox olduğu bildirilir.
İqtisadiyyat və Məşğulluq Nazirliyi işsizlərin, həmçinin işdən azad olunanların sayında yüksək artımın müşahidə olunmasını koronavirus epidemiyasına qarşı mübarizədə məhdudiyyətlərin tətbiqi ilə əlaqələndirir.
Qeyd edək ki, Şimali Avropanın digər ölkələri ilə yanaşı, Finlandiya da məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlayıb. Buna baxmayaraq, ölkə iqtisadiyyatı hələ də böyük çətinliklərlə üzləşir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [10:49]
Tacikistanda 18 mindən çox şəxsə amnistiya tətbiq olunacaq
- 17.06.2026 [10:31]
“Politico”: Ursula Fon der Lyayen üçüncü müddətə namizəd olmayacaq
- 17.06.2026 [10:20]
BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb
- 17.06.2026 [08:38]
Dənizin ortasında şəhər: Dünyanın ən böyük neft platformaları
- 17.06.2026 [08:04]
Çin xarici ticarət təzyiqinə boyun əyməyəcəyini bəyan edib
- 17.06.2026 [07:03]
İsveçdə uşaqlar üçün məcburi dil hazırlığı planlaşdırılır
- 17.06.2026 [05:14]
Zelenskinin ABŞ Prezidenti ilə görüşəcəyi gözlənilir
Nabran yolu nə vaxt açılacaq?
- [10:33]
CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib
- 16.06.2026 [23:43]
Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq
- 16.06.2026 [22:48]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [22:27]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:40]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [21:30]
Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub
- 16.06.2026 [21:20]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:17]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [21:06]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [21:04]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:13]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [20:00]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:44]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [19:36]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [19:15]
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər
- 16.06.2026 [18:47]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:33]
Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir
- 16.06.2026 [18:32]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:28]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 16.06.2026 [18:26]