Korroziyaya aid dərslik yenidən işlənərək nəşr olunub
Bakı, 29 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasovun “Korroziya” kitabı nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab müstəqil Azərbaycan Respublikasında korroziyaya aid nəzəri və praktiki biliklərlə zəngin olan ilk milli dərsliyin yenidən işlənmiş ikinci nəşridir. Dərslikdə korroziyanın nəzəri problemləri, o cümlədən ayrı-ayrı korroziya prosesləri, onların baş verməsini şərtləndirən amillər, müxtəlif sənaye sahələrində korroziya problemləri və onların aradan qaldırılması üsulları haqqında məlumat yer alıb.
Kitabda Neft-Kimya Prosesləri İnstitutunda korroziya və ona qarşı mübarizə vasitələrinin yaranması sahəsində aparılan fundamental və tətbiqi tədqiqatlar haqqında da məlumat verilir.
Dərslik ali məktəblərin uyğun ixtisaslar üzrə bakalavr pilləsində təhsil alan tələbələri üçün nəzərdə tutulub. Kitabdan, həmçinin magistrantlar, doktorantlar, elmi işçilər, mühəndislər və texnoloqlar istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]
“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol
- 16.06.2026 [10:48]
Klassik poeziyamızda katiblik sənəti və yazı ləvazimatı - elmi seminar
- 16.06.2026 [10:38]
DİM və IAEA arasında əməkdaşlıq genişlənir
- 16.06.2026 [10:31]
Ulu Öndərin strateji kursu müasir Azərbaycanın uğurlarının təməlidir
- 15.06.2026 [12:28]