Kosovo-Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib
Bakı, 18 noyabr, AZƏRTAC
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 20-də Priştinada “Fadil Vokkri” stadionunda keçiriləcək Kosovo-Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]