“Krakov-2023”: Taekvondoçumuz Eltac Qafarov təsəlliverici görüşə qatılacaq
Krakov, 25 iyun, AZƏRTAC
Azərbaycan taekvondoçusu Eltac Qafarov Polşada təşkil olunan III Avropa Oyunlarında dörddəbir final görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk döyüşünü səkkizdəbir finalda keçirməli olsa da, onun rəqibi Lukaş Çudnoç (Polşa) yarışa qatılmayıb. Rəqibin imtinası idmançımızı dörddəbir finala daşıyıb. O, növbəti mərhələdə serbiyalı Stefan Takovla üz-üzə gəlib. 0:2 (2:8, 2:15) hesabı ilə uduzan E.Qafarov qızıl medal şansını itirib. O, təsəlliverici döyüşə qatılmaq imkanını qoruyur.
İyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparacaq. İdmançılar 29 növ üzrə 253 dəst medalın sahibini müəyyənləşdirəcək. Azərbaycan Krakov-2023-də 13 növ üzrə 86 idmançı ilə təmsil olunur.
Tarixdə ilk Avropa Oyunları 2015-ci ildə Bakıda, ikinci multiidman tədbiri 2019-cu ildə Minskdə baş tutub. Azərbaycan millisi bu yarışlarda 84 medal qazanıb. İdmançılarımız 26 qızıl, 25 gümüş və 33 bürünc mükafat əldə edib. Komandamız medal sıralamasında “Bakı-2015”də 2-ci, “Minsk-2019”da 10-cu yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]