“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda regional seminar keçiriləcək
Bakı, 27 noyabr, AZƏRTAC
Dekabrın 2-3-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) “Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirəcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə ÜƏMT arasında kreativ iqtisadiyyat sahəsində əməkdaşlığın davamı olan regional seminarda bu beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyəti, həmçinin Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan nümayəndələr iştirak edəcəklər.
İki gün ərzində tədbirdə ÜƏMT-nin peşəkar mütəxəssisləri kreativ iqtisadiyyatın aktual məsələlərinə dair məruzələrlə çıxış edəcək, əqli mülkiyyətin, o cümlədən müəllif hüquqlarının kreativ iqtisadiyyatın inkişafında payı barədə müzakirələr aparacaqlar. Həmçinin kreativ iqtisadiyyatın inkişafında Azərbaycan təcrübəsi haqqında məlumat veriləcək.
Tədbirin əvvəlində media üçün brifinq keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]