İQTİSADİYYAT
Kristian Şerer: Yeni təyyarələrin sifarişi “Airbus” və “AZAL” arasında əməkdaşlıqda mühüm mərhələdir
Bakı, 6 aprel, AZƏRTAC
Yeni təyyarələrin sifarişi “Airbus” və “Azərbaycan Hava Yolları” QSC arasında məhsuldar əməkdaşlıqda mühüm mərhələdir.
AZƏRTAC xəbər verir ki, bunu “Airbus” Beynəlxalq Departamentinin rəhbəri və baş kommersiya direktoru Kristian Şerer bildirib.
O qeyd edib ki, A320neo ailəsi öz donanması üçün sərfəli həllər axtaran aviaşirkətlər üçün ən yaxşı seçim olaraq qalır.
Onun sözlərinə görə, bu sifariş "Airbus" müştəriləri A320neo təyyarəsinin performansına və etibarlılığına inamının sübutudur. İndiyə qədər dünyanın bir sıra ölkələrinə 8600 təyyarə satılıb. Hazırda da təyyarələrimizi Azərbaycancada təqdim edirik. Bu qərar “Azərbaycan Hava Yolları”nın uzunmüddətli perspektivdə davamlı inkişafına töhfə verəcək.
"Airbus" rəsmisi əlavə edib ki, 2035-ci ilə qədər Avropanın aviaparkını yeniləməyi planlaşdırırıq və Azərbaycanda bu addımı ilə yenilənməyə qoşulur.