Kür çayında köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib VİDEO
Bakı, 22 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərindən keçən hissəsində motorlu qayıqda baş verən nasazlıq səbəbindən iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb edilib.
Keçirilən operativ xilasetmə əməliyyatı sayəsində köməksiz vəziyyətdə qalan həmin şəxslər xilas olunub və qayıq yedəyə alınaraq sahilə çıxarılıb.