Kür və Araz çaylarında biogen maddələr normadan dəfələrlə artıqdır
Bakı, 1 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarında oktyabr ayının üçüncü ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayında su sərfi oktyabr ayının ikinci ongünlüyünə nisbətən saniyədə 12 kubmetr artaraq saniyədə 165 kubmetr təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və çirkab suların təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri Şıxlı-2 məntəqəsində, Ağstafaçay su anbarında yol verilən qatılıq həddini keçmişdir.
Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhrəmtəpə məntəqələrində də eyni hal müşahidə edilmişdir.
Suyun oksigen rejimi isə bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]