Kür və Araz çaylarında keçirilən monitorinqin nəticələri açıqlanmışdır
Bakı, 13 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyun ayının birinci ongünlüyü üçün keçirdiyi monitorinqin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayında su sərfi may ayının üçüncü ongünlüyünə nisbətən 93 kubmetr/saniyə azalaraq 600 kubmetr/saniyə təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və çirkab suların təsiri nəticəsində çayda biogen maddələrin miqdarı artmışdır. Kürün Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Araz çayının Horadiz, Birinci Şahsevən məntəqələrində suyun əsas çirkləndiriciləri YVQH-dən çox, Bəhramtəpə məntəqəsində isə fenollar norma çərçivəsində olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]