Kür və Araz çaylarında suyun səviyyəsi düşmüşdür
Bakı, 9 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-u üçün çaylarda araşdırma aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 110-230, Kiçik Qafqazda 140-145, Lənkəran-Astarada 45-85, Naxçıvan MR çaylarında isə 35-40 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 116 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 68 kubmetrdir.
Araşdırmaya görə, yanvar ayının birinci ongünlüyündə Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 19, Bankədə 15, Şirvan və Salyanda 13, Araz çayının Novruzlu məntəqəsində isə 20 santimetr azalmışdır.
Buna baxmayaraq, suyun səviyyəsi bütün məntəqələrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]