Kür və Araz çaylarında zərərli maddələrin miqdarı normadan artıqdır
Bakı, 7 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə may ayının üçüncü ongünlüyü üçün monitorinq keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayında su sərfi may ayının ikinci ongünlüyünə nisbətən saniyədə 94 kubmetr azalaraq saniyədə 693 kubmetr təşkil etmişdir. Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və çirkab suların təsiri nəticəsində çayda biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur.
Suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri Araz çayının Bəhramtəpə, Birinci Şahsevən, Horadiz məntəqələrində yol verilən qatılıq həddini keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə sanitar norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]