Azərbaycan Dövlət İnformasiya Agentliyi

KÜRDƏMİR RAYONU SOSİAL-İQTİSADİ İNKİŞAF YOLUNDADIR

Kürdəmir rayon mədəniyyət evində keçən il sosial-iqtisadi sahədə görülmüş işlərin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. İştirakçılar və qonaqlar əvvəlcə “Heydər parkı”nda ulu öndərin əzəmətli abidəsi önünə əklillər və tər çiçəklər qoymuş, ehtiramlarını bildirmişlər. Sonra mədəniyyət evinin foyesində təşkil olunmuş sərgiyə baxılmışdır. Sərgidə rayonun istehsal və emal müəssisələrinin məhsulları nümayiş etdirilmişdir.

Yığıncaqda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikovun “2005-ci il rayonun sosial-iqtisadi inkişafının yekunları, 2006-cı ildə qarşıda duran vəzifələr barədə” məruzəsi dinlənilmiş, müzakirələr olmuşdur. Göstərilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir. Bu yüksəliş respublikamızın bölgələrində, o cümlədən Kürdəmirdə sosial-iqtisadi həyatın bütün sahələrində özünü göstərir. Keçən il oktyabrın 6-da ölkə Prezidentinin Kürdəmirə gəlişi, insanlarla görüşü, tapşırıq və tövsiyələri bölgədə əhalini daha böyük nailiyyətlər qazanmağa, tikinti, quruculuq və abadlıq işlərini genişləndirməyə ruhlandırmışdır. Ölkə başçısının bir sıra rayonların, o cümlədən Kürdəmirin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqındakı 2005-ci il 14 oktyabr tarixli Sərəncamından sonra yeni süd emalı zavodunun, “Biyan” istehsal və emal müəssisəsinin, Kürdəmir-Külüllü II su kəmərinin tikintisi, 50 yerlik mehmanxananın inşası, şəhərdə kanalizasiya sisteminin yenidən qurulması istiqamətində ciddi işlər görülmüşdür.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2005-ci ildə aqrar sahədə yüksək göstəricilər əldə edilmişdir. Keçən il 54 min 42 ton taxıl (2004-cü ildəkindən 3 min 647 ton çox), 22 min 506 ton tərəvəz (1.290 ton çox), 41 min 177 ton bostan məhsulu (770 ton çox), 3 min 11 ton pambıq (283 ton çox), 3 min 391 ton üzüm (3 min 73 ton çox), 19 min 342 ton meyvə (2 min 883 ton çox), 12 min 917 ton kartof, 1.200 ton şəkər çuğunduru və s. istehsal edilmişdir.

Rayonda ötən il iribuynuzlu mal-qaranın sayı əvvəlki ildəkinə nisbətən 503 baş artaraq 56 min 860 başa, davarların sayı isə 1.658 baş artaraq 144 min 563 başa çatmışdır. Ət istehsalı 4 min 874 ton (2004-cü ildəkindən 97,5 ton artıq), süd istehsalı 23 min 71 ton (341 ton çox), yumurta istehsalı 11 milyon 179 min ədəd (219 min ədəd çox), yun istehsalı 186 ton (2 ton çox) olmuşdur.

Mövcud suvarma şəbəkələrinin istismarı sahəsində həyata keçirilən tədbirlər aqrar bölmənin inkişafında böyük rol oynamışdır. Keçən il kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə xeyli işlər görülmüşdür. Yaradılmış “Aqrotexservis” mərkəzinə 1 milyard manatlıq yeni texnika gətirilmişdir.

Hazırda rayonda “Aqrolizinq” ASC-nin bazasının yaradılması və servis xidmətinin göstərilməsi istiqamətində tədbirlər görülür.

Rayonda yerli sənaye sürətlə inkişaf edir. Ötən il 74,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2004-cü ildəkindən 22,9 faiz çoxdur. Yaşayış evlərinin, xidmət obyektlərinin tikintisi, abadlaşdırma, yol çəkilişi sahələrində diqqətəlayiq uğurlar qazanılıb. Rayonda il ərzində təkcə 24,9 milyard manatlıq və ya 2004-cü ildəkindən 7,1 dəfə çox tikinti işləri aparılmışdır.

Yeni istehsal və xidmət sahələrinin açılması, mövcud istehsal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi təzə iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun artırılmasına imkan vermişdir. Ümumilikdə keçən il rayonda 2378 yeni iş yeri açılmışdır ki, bunun 623-ü daimidir.

Bölgənin elektrik enerjisi və təbii qazla təminatı istiqamətində xeyli işlər görülmüşdür. Ötən il “Azəriqaz” QSC-nin qayğısı nəticəsində Ağsu-Kürdəmir magistral boru kəmərinin 5, şəhərdaxili xətlərin isə 10 kilometrlik hissəsi dəyişdirilmiş, Topalhəsənli, Qaraqocalı, Şahsevən, Atakişili, Şıxımlı, Mürtülü, Qağacılı və Dəyirmanlı kəndlərinə təbii qazın verilməsi bərpa edilmişdir. Hazırda daha 6 kənddə mavi alovun yanması üçün lazımi tədbirlər görülür.

Bütün bunlarla yanaşı, elektrik enerjisi və təbii qaz təminatı sahəsində nöqsanlara da yol verilmişdir.

Hesabat ilində rayonda təhsil, səhiyyə, mədəniyyət sahələrində xeyli iş görülmüşdür. Qeyd olunmuşdur ki, təkcə Heydər Əliyev Fondu tərəfindən Karrar kəndində 240, Beyi və Sovla kəndlərinin hər birində isə 100 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Karrar məktəbinin açılışında YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva iştirak etmişdir.

Ayrı-ayrı xidmət sahələrinin, o cümlədən rabitənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, mövcud çatışmazlıqlar da ətraflı təhlil olunmuşdur.

Hesabat yığıncağında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin bu il uğurla həyata keçirilməsi üçün mövcud imkanların maksimum səfərbərliyə alınacağı bildirilmişdir. Əsas diqqət Proqramın ali məqsədinə, insanların rifah halının yaxşılaşdırılmasına, yeni istehsal sahələrinin açılmasına, iş yerlərinin yaradılmasına yönəldiləcəkdir.

Hesabat yığıncağında Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Milli Məclisin deputatı Fərhad Qədirov çıxış etmişlər.

Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar qərar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər