Kürdəmirdə gecə saatlarında fəaliyyət göstərən klub və kafenin sahibləri cərimələniblər
Kürdəmir, 19 aprel, AZƏRTAC
Kürdəmirdə gecə saatlarında fəaliyyət göstərən klub və kafe aşkar olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində gecə saatlarında karantin rejimini ciddi şəkildə pozaraq fəaliyyət göstərən internet klub və “Çukur” kafesi aşkarlanıb. Hər iki obyektin sahibi və müştərilər olmaqla, ümumilikdə, 14 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib. Onlarla profilaktik söhbətlər aparılıb və karantin rejimi qaydalarına ciddi əməl etmələri tövsiyə olunub. Məsələyə hüquqi qiymət verilməsi üçün iş Kürdəmir Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tətbiq edilib.