Kürün aşağı axınında suyun səviyyəsi artmışdır
Bakı, 10 iyun (AZƏRTAC). Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-140, Lənkəran-Astarada 60-150, Kiçik Qafqazda 80-100, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 567, Qanıx çayının Əyriçay məntəqəsində isə 187 kubmetr/saniyə təşkil edir.
Yağışlarla əlaqədar Kürün aşağı axınında suyun səviyyəsi artmışdır. Belə ki, son 4 gündə Surra məntəqəsində suyun səviyyəsi 105, Şirvanda 93, Bankədə 28, Salyanda 49, Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr qalxmışdır.
Buna baxmayaraq, Kür və Arazın bütün məntəqələrində suyun səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]