KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX SABAH ƏL-ƏHMƏD ƏL-CABİR ƏS-SABAHA
Küveyt Dövlətinin milli bayramı – Milli gün münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 fevral 2006-cı il.