KXDR Qvineya və Seneqaldakı səfirliklərini bağlayıb
Bakı, 5 dekabr, AZƏRTAC
Şimali Koreya daha iki ölkədə - Qvineya və Seneqalda səfirliklərini bağlamaq məcburiyyətində qalıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın xaricdəki diplomatik nümayəndəliklərinin sayı azalaraq 46-ya enib. Pxenyan indiyədək Anqola, Banqladeş, Qvineya, İspaniya, Nepal, Seneqal və Uqandadakı səfirliklərini, həmçinin Honkonqdakı konsulluğunu bağlayıb.
KXDR Qvineya və Seneqal ilə diplomatik əlaqələrini müvafiq olaraq 1969 və 1972-ci illərdə qurub. Cənubi Koreya hakimiyyətinin fikrincə, Pxenyanın səfirliklərini bağlaması KXDR-ə qarşı beynəlxalq sanksiyaların iqtisadi təsiri ilə əlaqəlidir.
Qeyd edək ki, bir müddət öncə Yaponiya mediası Pxenyanın 10-dan çox diplomatik missiyasını bağlamaq niyyətində olduğu barədə məlumat yaymışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]
Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb
- 06.10.2026 [16:09]