La Liqa təmsilçisinin yeni baş məşqçisi müəyyənləşib
Bakı, 19 aprel, AZƏRTAC
İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, La Liqa təmsilçisini Aytor Karanka çalışdıracaq.
Qırx səkkiz yaşlı ispaniyalının yeni komandası turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. “Qranada” son iki matçında “Levante”yə 1:4, “Sevilya”ya 2:4 hesabı ilə uduzub.
Karankanın son iş yeri ötən il ayrıldığı İngiltərənin “Birminhem” klubu olub. O, karyerası ərzində “Nottinhem Forest” və “Midlsbro”ya da başçılıq edib. Mütəxəssis 2010-2013-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi kimi çalışıb.
Qeyd edək ki, Karankayadək “Qranada”nı baş məşqçi vəzifəsini icra edən Ruben Torresilya çalışdırırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]