REGİONLAR
Laçında dağ keçisi sürüsü kameralara tuş gəlib VİDEO
Laçın, 4 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Əsrarəngiz təbiəti ilə seçilən Laçın həm də zəngin fauna və florası hər fəsildə göz oxşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu günlərdə Laçında dağ döşündə gəzən bir sürü dağ keçisi insanlar tərəfindən lentə alınıb.
Maraqlı görüntülər Laçının Malıbəy və Cağazur kəndlərinin ərazisindəki dağlarda çəkilib. Dağ ətəyində otlayan bir sürü dağ keçisi daha sonra sıldırım qayalardakı yüksəkliklərə dırmanaraq gözdən itib.