Laçınlı məcburi köçkünlər qısa müddətdə 459 hektar sahədə arpa biçini aparıblar
Ağcabədi, 31 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər arpa biçininə başlayıblar. Qısa müddətdə 459 hektarda biçin aparan məcburi köçkünlər min tondan çox məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 22 sentnerdir.
Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 1288,5 hektar sahədə taxıl becərilib. Bunun 117,5 hektarı buğda, 1171 hektarı arpadır. Hazırda bütün qüvvələr strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilib.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən il becərdikləri 1103,5 hektar sahədən 2545,4 ton məhsul götürüblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]