Latviya 2025-ci ildə basketbol üzrə Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək
Riqa, 30 mart, AZƏRTAC
Latviya 2025-ci ilin sentyabrında kişi basketbolçular arasında Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə “FIBA Europe” məlumat yayıb.
Bildirilir ki, Latviyada 4 qrupdan birinin və pley-off mərhələsinin oyunları keçiriləcək. Digər qrupların oyunları isə Kipr və Finlandiyada baş tutacaq. “EuroBasket-2025”in dördüncü təşkilatçısının adı hələ açıqlanmayıb. Namizədlər arasında Ukrayna da var. Ölkənin müharibə şəraitində olması nəzərə alınaraq, hələlik Ukraynaya Avropa çempionatına ev sahibliyi etmək hüququ verilməyib.
Qeyd edilib ki, Latviya üçüncü dəfə kişilərdən ibarət komandalar arasında qitə birinciliyinə ev sahibliyi edəcək. Ölkə 1937-ci ildə 8 komandanın iştirak etdiyi turnirə ev sahibliyi edib. Həmin vaxt Litva millisi Avropa çempionu tituluna sahib çıxıb. Latviyada 2015-ci ildə Avropa çempionatının qrup mərhələsinin görüşləri təşkil olunub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [23:30]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]