Latviyada ilk dəfə quş qripi aşkarlanıb
Riqa, 11 fevral, AZƏRTAC
Latviyada ilk dəfə olaraq quşlar yüksək patogen quş qripinə yoluxub.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Qida və Baytarlıq Xidməti (PVD) yayıb.
Bildirilib ki, Latviyanın Dzintari çimərliyində quş qripi diaqnozu ilə iki ölü qu quşu aşkar edilib. Bununla ölkədə ilk dəfə olaraq quş qripi faktı aşkarlanıb. PVD Latviyadakı quşçuluq fermalarını quşları ərazidən və ya hasarlanmış tikililərin xaricinə buraxmamağa, onların vəhşi quşlarla təmasına imkan verməməyə, habelə yaz mövsümünün sonunadək digər Avropa ölkələrindən ev quşlarını almaqdan çəkinməyə çağırır.
Xatırladaq ki, son dörd ay ərzində Hollandiya, Böyük Britaniya, Danimarka, İsveç, Xorvatiya, Polşa, Belçika, İrlandiya, Macarıstan, Litva və Ukraynada ev quşlarının saxlandığı yerlərdə quş qripinin yayılması faktı qeydə alınıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]