Latviyaya “AstraZeneca” şirkətinin istehsalı olan 7200 doza vaksinin ilk partiyası gətirilib
Riqa, 8 fevral, AZƏRTAC
Böyük Britaniyanın “AstraZeneca” əczaçılıq şirkətinin istehsalı olan COVID-19 əleyhinə vaksinin ilk partiyası Latviyaya gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin “Delfi” portalı məlumat yayıb.
Bildirilib ki, Latviya ümumilikdə 7200 doza vaksin alıb. Qeyd edilib ki, ölkə fevralın 13-də vaksinin növbəti partiyasını (9600 doza) alacaq. Bir həftə sonra daha 22 621, martın 3-də isə 32 896 doza vaksin ölkəyə gətiriləcək.
Xatırladaq ki, bu günədək Latviyaya COVID-19 infeksiyasına qarşı ümumilikdə 41 025 doza vaksin gətirilib: ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətinin istehsalı olan 30 225 “Comirnaty” vaksini, “Moderna Biotech Spain, S.L” şirkətinin istehsal etdiyi 3600 doza vaksin və “AstraZeneca” şirkətinin məhsulu olan 7200 doza vaksin.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:03]
Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir
- 05.10.2026 [17:54]
Kürdəmirdə narkotik vasitələrin fəsadlarından danışılıb
- 05.10.2026 [17:05]