Lavrov: Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır
Moskva, 2 mart, AZƏRTAC
Moskva İrəvanın Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsinə doğru aparan yolu seçdiyinə təəssüf edir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Antalyada Diplomatiya Forumunun yekunlarına həsr olunan mətbuat konfransında deyib.
“Biz Ermənistan rəhbərliyinin Rusiya Federasiyası ilə münasibətlərin pisləşməsinə doğru aparan yolu seçmək, Qarabağla bağlı bütün baş verənlərə görə Rusiyanı ittiham etmək barədə şüurlu qərar verdiyinə təəssüflənirik. Bu, əlbəttə ki, müttəfiqlikdən deyil”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi “İrəvana nəvaziş göstərən, Rusiya və regionda inteqrasiya strukturları ilə əlaqəni kəsəcəyi təqdirdə bütün bəlalarda ona kömək etmək vədi verən qeyri-regional aktorlara bel bağlayır”.
S.Lavrov vurğulayıb ki, əgər Ermənistan rəhbərliyi belə addımı xalqın rəyinə əsaslanaraq atıbsa, o halda Rusiya-Ermənistan münasibətlərində çox şeyi dəyişmək lazımdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]