LAY SULARI YENİDƏN KÖHNƏ QUYULARA VURULACAQ
BU, EKOLOJİ BAXIMDAN ƏN SƏRFƏLİ ÜSULDUR
İdarədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 1996-cı ilə qədər bu üsul tətbiq olunmuş, sonra isə dayandırılmışdı. Adətən quyulardan neftlə bərabər çıxan lay suları buruğun yaxınlığındakı gölməçələrə yığılır. Lakin su həddən artıq olanda mədən sahələrində əlavə gölməçələr yaradır, daha böyük ərazini çirkləndirir və radiasiya mənbəyinə çevrilir. Ona görə də lay sularının köhnə quyulara vurulması məsələsi yenidən aktuallaşmışdır.
Hazırda Ə.Əmirov adına NQÇİ-nin dörd yatağında bu məqsədlə 12 quyu seçilib və suvurma prosesi qaydaya salınır. Birliyin Balaxanıneft, Bibiheybətneft, Binəqədineft və s. neft-qazçıxarma müəssislərində də bu iş reallaşmaqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:42]
“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq
- 01.10.2026 [12:33]
Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq
- 01.10.2026 [12:30]