Lazerli dronlar kənd təsərrüfatı sahələrini zərərvericilərdən qoruyacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Yaponiyanın Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatları Təşkilatının (NARO) məlumatına görə, proqnozlaşdırılan əhali artımı səbəbindən 2050-ci ilə qədər qlobal ərzaq tələbatı 70 faiz artacaq. Lakin son vaxtlar qlobal istehlak prosesləri və zərərvericilərin vurduğu ziyan səbəbindən kənd təsərrüfatı istehsalının səviyyəsi hətta aşağı düşüb. Qida istehsalında itkilərin demək olar ki, 16 faizi müxtəlif növ zərərvericilərin vurduğu zərərlə bağlıdır.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, NARO mütəxəssislərinin fikrincə, müasir texnologiyalar zərərvericilər probleminin qismən həllinə çevrilə bilər. Hazırda institutun divarları daxilində yüksək güclü lazer işığı impulsları ilə zərərvericiləri və sürfələri aşkarlaya, onların sonrakı hərəkətlərini proqnozlaşdıra və zərərvericiləri vura bilən intellektual sistem hazırlanır. NARO rəhbərliyinin hazırkı planlarına görə, onların inkişafı 2025-ci ilə qədər hazır məhsula çevrilməlidir.
Yeni lazer sisteminin əsas hədəfi Asiya pambıq qurdu və digər zərərvericilərdir. Sahə sınaqlarında sistemin səthində hərəkət edə bilən təkərli kənd təsərrüfatı robotlarına və uçan dronlara quraşdırılmış versiyaları iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]