Leeds Universitetinin tədqiqatçısı: Azərbaycanın milli maraqlarla qlobal öhdəlikləri tarazlaşdırmaq səyləri diqqətəlayiqdir
Bakı, 14 noyabr, Günel Türksoy, AZƏRTAC
COP29-da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə çağırışı onun ən mühüm töhfələrindən biri oldu. Mən Azərbaycanın iqlim diplomatiyasının gələcəkdə bu həmrəyliyi daha yüksək səviyyəyə qaldıracağına inanıram.
Bunu AZƏRTAC-a müsahibəsində Leeds Universitetinin doktorant tədqiqatçısı, iqlim hüququ üzrə ekspert Susan Ann Samuel deyib.
Onun sözlərinə görə, rəsmi Bakı göstərdi ki, fikir ayrılıqları olsa belə, dövlətlər ortaq məxrəcə gələ və prosesi irəli apara bilərlər: “Neft-qaz ölkəsi kimi Azərbaycanın milli maraqları ilə qlobal öhdəlikləri tarazlaşdırmaq səyləri xüsusilə diqqətəlayiqdir. Bu, həm məsuliyyətli enerji siyasətinin, həm də iqlim liderliyinin mümkünlüyünü nümayiş etdirir. Bir gənc hüquqşünas və tədqiqatçı kimi mən bu gün Belemdə, Cənub Qlobalının bir nümayəndəsi olaraq, dövlətlərdən şəffaf, empatik və gənclərin səsini eşidən bir liderlik gözləyirəm. Biz həmişə həmrəyliyə inanmışıq və bu gün hər zamankından daha çox birliyə ehtiyacımız var”,- deyə Susan Ann Samuel bildirib.
Müsahibənin geniş variantı ilə linkdə tanış ola bilərsiniz.