LEGİTİM ABXAZİYA HÖKUMƏTİ E.KVİTSİANİNİN KƏNDİNDƏ YERLƏŞDİRİLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Prezidenti Mixail Saakaşvili Abxaziyanın hazırda Tbilisidə yerləşən legitim hökumətinin Kodori dərəsinə köçürülməsinə dair qərar qəbul etmişdir. Baş nazir Zurab Noğaideli Prezidentin tapşırığının icrası ilə əlaqədar demişdir ki, legitim Abxaziya hökuməti bu bölgədə qiyam qaldıran sabiq qubernator Emzar Kvitsianinin kəndi Çxaltada yerləşdirilməlidir. Hazırda hökumət iqamətgahına bina axtarılır və hökumət üzvlərinin təhlükəsizliyi, onlar üçün rahat iş şəraiti yaradılması üçün tədbirlər görülür. Z.Noğaideli burada tibb obyektlərinin, məktəblərin, mərkəzi yolların qaydaya salınması istiqamətində xeyli iş görüldüyünü, hava limanının bərpa olunmasının vacibliyini vurğulamış, nəzərdə tutulan işlərin soyuqlar düşənədək görüləcəyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]