LƏNKƏRAN MƏKTƏBLİLƏRİ KOMPYUTER TEXNOLOGİYALARI ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ LAYİHƏDƏ UĞUR QAZANMIŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran şəhər 10 nömrəli orta məktəbin şagirdləri ABŞ Dövlət Departamentinin təhsil və mədəniyyət bürosunun ölkəmizdə həyata keçirdiyi “Projekt harmony” layihəsində uğurla çıxış edərək, 6 dəst kompyuter və internetdən pulsuz istifadə imkanı qazanmışlar.
Məktəbdə fəaliyyət göstərən “Resurs mərkəzi”nin tədris saytından səmərəli istifadə edərək biliklərini artıran məktəblilər virtual sinif layihəsinə qoşulmuşlar. Onlar fevral-aprel aylarında Bakı məktəbliləri ilə biologiya və kimya fənlərinin öyrənilməsi sahəsində təcrübə mübadiləsi aparacaqlar.