CƏMİYYƏT
Lənkəranda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb
![](/files/galleryphoto/2023/1/1200x630/1678709368146425134_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787093684378323597_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1678709368364414114_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16787093686241729143_1200x630.jpg)
Bakı, 13 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan şikayət əsasında, Lənkəran şəhərinin Koroğlu küçəsində bazarda fiziki şəxs Hüseynov Elşən Mirzə oğluna məxsus toyuq emalı sexində yoxlama aparılıb.
Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, etiketlənmə aparılmadan və baytarlıq-sanitariya ekspertizası keçirilmədən məhsulların satışının həyata keçirildiyi, həmçinin avtonom havalandırma sisteminin mövcud olmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.