Lənkəranda “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib
Lənkəran, 4 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Şəhər İcra Hakimiyyətinin və Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ətraf mühiti tullantılardan qoruyaq” devizi ilə ekoloji aksiyaya start verilib.
Aksiyada idarənin əməkdaşları, Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimləri, könüllü gənclər və idmançılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Xəzər dənizinin Lənkəran şəhərinin sahilboyu ərazisindən keçən hissəsi məişət tullantılarından təmizlənib.
Aksiya çərçivəsində, həmçinin ərazidə təmizlik işləri aparılıb, həmin ərazilərdə İdarə tərəfindən hazırlanmış maarifləndirici lövhələr vurulub.