LƏNKƏRANDA “İSLAM BU GÜN” MÖVZUSUNDAELMİ-PRAKTİK KONFRANS KEÇİRİLMİŞDİR
Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin şəhər bələdiyyəsi ilə birgə keçirdiyi tədbirdə din xadimləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Çıxış edənlər ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən, islam dininin bu gün dünya ölkələrindəki mövqeyindən danışmış, Avropanın bir sıra mətbuat orqanlarında Məhəmməd Peyğəmbərə karikaturaların çap edilməsini pisləmiş, bu məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadənin bəyanatını dəstəklədiklərini bildirmiş, insanlar arasında ədavət toxumu səpən, müsəlmanların heysiyyətinə toxunan jurnalistlərin ciddi şəkildə cəzalandırılmasını tələb etmişlər.