LƏNKƏRANIN ŞİLƏVAR VƏ DİGAH KƏNDLƏRİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov əlamətdar hadisə ilə əlaqədar kənd sakinlərini təbrik etmiş, Novruz bayramı ərəfəsində rayonun bir neçə kəndinə də mavi yanacağın veriləcəyini vurğulamışdır.
Sakinlər regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.